FİFA prezidenti Yozef Blatter artıq Bakıdadır.
Korner.az -ın məlumatına görə, o sabah start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək açılış mərasiminə qatılacaq.
İlk olaraq saat 11:00-da Blatterin mətbuat konfarnsı keçiriləcək. Onunla yanaşı, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da iştirak edəcək.