Məlum olduğu kimi, FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına bir neçə həftə qalır. Korner.az-ın məlumatına görə, bununla əlaqədar çempionata hazırlıq çərçivəsində FIFA nümayəndə heyəti və Yerli Təşkilat Komitəsinin (YTK) nümayəndələri turnirin keçiriləcəyi stadionlara baxış keçirib. Baxış zamanı FIFA və YTK-nın müvafiq mütəxəssisləri yenidənqurma və bərpa işlərinin aparıldığı “Şəfa” və Tofiq Bəhramov adına Respublika stadionunda lazımi təftişlər apararaq müvafiq tövsiyələrini veriblər.
affa.az
