FİFA yeni reytinqi açıqladı: millimiz neçəncidi?
11.06.2020 , 12:58

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, millimizin mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.
Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də dəyişiklik olmayıb.
Qeyd edək ki, siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.
