FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə millimiz 13 pillə geriləyib. Komadamız 388 xalla 92-ci yerdə qərarlaşıb.
Millimiz DÇ-2018-in seçmə mərhələsində Norveçə 0:1 hesabı ilə uduzub, San Marinoya 5:1 hesabı ilə qalib gəlib.
Reytinq cədvəlinə Almaniya başçılıq edir. Braziliya 2-ci, Portuqaliya 3-cüdür.
Reytinq cədvəlinin ilk “onluğ”u:
1. Almaniya – 1606 xal
2. Argentina – 1590 xal
3. Portuqaliya – 1386 xal
4. Argentina – 1325 xal
5. Belçika – 1265 xal
6. Polşa – 1250 xal
7. İsveçrə – 1210 xal
8. Fransa – 1208 xal
9. Çili – 1195 xal
10. Kolumbiya – 1191 xal
