Braziliyanın ev sahibliyi ilə keçiriləcək FİFA Konfederasiya Kubokuna azarkeşlərin marağı olduqca böyükdü.
Korner.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 15-30 iyun tarixlərində baş tutacaq turnir üçün 826 min bilet satışa çıxarılıb və 600 mini satılıb.
Qeyd edək ki, “A” qrupunda Braziliya, Yaponiya, Meksika və İtaliya, “B” qrupunda İspaniya, Uruqvay, Nigeriya və Taiti yığma komandaları mübarizə aparacaq. Bilet satışı 15 mayda başa çatacaq.
