FİFA-nın Etika Kodeksində dəyişikliklər edilib
14.08.2018 , 17:16

FIFA “korrupsiya” sözünü Etika Kodeksindən çıxarıb.
Sənədin yenilənmiş versiyasında bu anlayış yer almayıb. Belə bir addım qurumun rəhbər şəxsləri arasında gizli məsləhətləşmələrdən sonra atılıb.
Bununla yanaşı, kodeksə yeni qanun pozuntusu növü – diffamasiya (şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən qeyri-dəqiq informasiyaların yayılması) daxil edilib. Bu bənd FIFA haqqında yalan məlumatlar yayan, böhtan atan şəxslərin diskvalifikasiya edilməsinə imkan verəcək.
Həmçinin rüşvət almağa, vəsaitlərin mənimsənilməsi və futbol matçlarının manipulyasiyasına görə cəza müddəti maksimum 10 il müəyyənləşdirilib.
