Cənubi Amerika Konfederasiyasının eks-prezidenti və FIFA-nın sabiq vitse-prezidenti Euxenio Fiqeredonu uzunmüddətli həbs gözləyir.
Korner.az-ın məlumatına görə, dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilən Fiqeredo vətəni Uruqvayda həbs edilərək İsveçrəyə ektradisiya olunub.
Yerli prokurorluq onun barəsində cinayət işi başladıb. İddialar təsdiq olunarsa, Fiqeredo 2 ildən 15 ilədək həbs cəzasına məhkum ediləcək.
