FIFA Meksikanı cərimələdi
21.06.2018 , 13:51

FIFA dünya çempionatında mübarizə aparan Meksika yığmasını cəzalandırıb.
Buna meksikalı fanatların Rusiyadakı davranışları səbəb göstərilir.
Qrup mərhələsinin ilk turunda Almaniya ilə oyun (1:0) zamanı Meksika yığmasının azarkeşləri rəqib qapıçı Manuel Noyerə təzyiq göstərmək üçün müxtəlif təhqirlərə əl atıblar. Dünya futbol qurumu buna görə Meksika Futbol Federasiyasını 10 min dollar məbləğində cərimə edib.
