FIFA və Yerli Təşkilat Komitəsi bütün media nümayəndələrini FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransına dəvət edir.
Korner.az– ın AFFA- nın rəsmi saytına istinadən məlumatına görə, konfrans FIFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin ümumi yığıncağının ardınca nəzərdə tutulub.
Tarix və vaxt: 21 sentyabr 2012, saat 11:00
Məkan: Bakı şəhəri, Four Seasons hotelinin 1-ci mərtəbəsindəki “Rast” zalı
İştirakçılar: FIFA prezidenti Yosef S. Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni
Mətbuat konfransı bütün KİV nümayəndələri üçün açıqdır (çempionat akkreditasiyası tələb olunmur).
