FIFA məsələyə müdaxilə etdi: Mərhum futbolçu üçün 5,3 milyon ödənəcək
01.10.2019 , 12:51

İngiltərənin “Kardiff Siti” klubu təyyarə qəzasında ölən mərhum futbolçu Emiliano Salanın transferi üçün Fransanın “Nant”ına 5,3 milyon funt-sterlinq ödəyəcək.
Korner.az-ın məlumatına görə, bu barədə FİFA qərar verib. Daha öncə Salanın transfer məbləğini bu ilin fevralında verməyə razı olsa da, rəhbərlik sonradan fikrini dəyişib. Bundan sonra “Nant” “Kardiff Siti”dən FİFA-ya şikayət edib və ali futbol qurumu fransızların şikayətinio əsaslı hesab edərək, qərar qəbul edib.
Qeyd edək ki, yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.
