FIFA ilin ilk reytinqini açıqladı – Milli komanda gerilədi
07.02.2019 , 13:43

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Ötən ili 107-ci yerdə başa vuran yığmamız hazırda 108-ci sırada qərarlaşıb. Millinin xal hesabında isə dəyişiklik baş verməyib – 1206.
Azərbaycanın ən yaxın qonşuları Niger (109) və Madaqaskar yığmalarıdır (107).
Millinin AÇ-2020-nin seçmə mərhələ rəqibləri arasında ən yaxşı göstərici Xorvatiyaya məxsusdur. Son dünya ikincisi 4-cü pillədə qərarlaşıb. Uels 19-cu, Slovakiya 29-cu (-1), Macarıstan 52-ci yerdədir (-2).
Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdür.
