Futbol

FİFA ilin ən yaxşılarını açıqladı

24.09.2019 , 01:08

FIFA 2019-cu ilin ən yaxşılarını açıqlayıb.

Korner.az xəbər verir ki, “The Best” mükafatını “Barselona”nın argentinalı hücumçusu Lionel Messi qazanıb. O, altıncı dəfə ilin ən yaxşısı seçilib.

Ulduz futbolçu “Yuventus”da çıxış edən Kriştiano Ronaldo və “Liverpul”dan Vircil van Daykı qabaqayıb.

Ən yaxşı kişi oyunçu

Lionel Messi (“Barselona”, Argentina)

Ən yaxşı qadın oyunçu

Meqan Rapinoy (“Reyqn”, ABŞ)

Ən yaxşı kişi məşqçi

Yurgen Klopp (“Liverpul”, Almaniya)

Ən yaxşı qadın məşqçi

Jill Ellis (ABŞ, ABŞ millisi)

Ən yaxşı kişi qapıçı

Alisson Beker (“Liverpul”, Braziliya)

Ən yaxşı qadın qapıçı

Sari van Venendal (“Atletiko”, Hollandiya)

“Ferens Puşkaş” mükafatı

Daniel Zori (Macarıstan) – “Debretsen” – “Ferensvaroş” oyunu (16 fevral 2019).

Feyr-Pley mükafatı

Marselo Byelsa və onun baş məşqçisi olduğu “Lids Yunayted” (İngiltərə).

Son yazılar

Yuxarı