Futbol

FİFA ilin ən yaxşıları adına namizədləri açıqladı

02.09.2019 , 17:59

FİFA 2018/19 mövsümünün ən yaxşıları adına yekun namizədləri açıqlayıb.

Korner.az qurumun saytına istinadən xəbər verir ki, ilin ən yaxşı futbolçusu, ən yaxşı qapıçısı, ən yaxşı baş məşqçisi adına və ilin ən yaxşı qoluna verilən Ferents Puşkaş mükafatına namizədlər açıqlanıb:

Ən yaxşı futbolçu:
Kriştiano Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Vircil van Dayk (“Liverpul”);

Ən yaxşı qapıçı:
Alisson Bekker (“Liverpul”), Ederson (“Mançester Siti”), Mark-Andre Ter Ştegen (“Barselona”);

Ən yaxşı baş məşqçi:
Pep Qvardiola (“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Maurisio Poçettino (“Tottenhem”);

Ferents Puşkaş mükafatı:
Lionel Messi (“Barselona”), Xuan Kintero (“River Pleyt”), Daniel Jori (“Debretsen”).

Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.

Son yazılar

Yuxarı