“Bursaspor”un hücumçusu Deniz Yılmazın Azərbaycan yığmasında oynayıb-oynamayacağına aydınlıq gəlib.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu ilə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
Qərarda bildirilir ki, AFFA və Deniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun və Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan millisində çıxış etmək icazəsi verilsin.
FİFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.
Qeyd edək ki, ali futbol qurumu bundan öncə AFFA-nın Ramil Şeydayev və Emin Mahmudovla bağlı müraciətini də müsbət cavablandırmışdı.
