FIFA icarəyə verilən futbolçular üçün klublara limit qoyur
14.09.2018 , 13:03

FIFA icarəyə verilən oyunçularla bağlı yeni qərar verməyə hazırlaşır.
Hər klub 8 futbolçu icarəyə verə bilər. Lakin 21 yaşadək futbolçular üçün istisna hallar olacaq.
Qeyd edək ki, “Çelsi” və “Yuventus” 40-dan çox futbolçunu icarəyə verib. “Mançester Siti”, “İnter”, “Liverpul” da ən çox icarəyə futbolçu verən klublar siyahısındadır.
