AFFA-nın Hakimlər Komitəsi bu gün keçiriləcək I divizionun oyunlarına təyinatları açıqlayıb.
Korner.az-ın məlumatına görə, IV turun qarşılaşmalarını idarə edəcək ədalət təmsilçiləri arasında FİFA referisi Əliyar Ağayev də var.
O, “Rəvan” – “Zirə” qarşılaşmasında ədaləti qoruyacaq.
Daha iki görüş də beynəlxalq dərəcəli hakimlərə həvalə olunub. Belə ki, sabiq FİFA referi Fariz Yusifov “Şahdağ” – “Bakılı”, Vüsal Əliyev isə “Neftçala” – MOİK görüşünə təyinat alıb.
