FİFA prezidenti Yozef Blatter maraqlı təkliflə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, Blatter futbolda bəzi qayda dəyişiklikləri edəcəklərini açıqlayıb.
Ali futbol qurumu matç anında baş məşqçilərə hakimin qərarlarına etiraz etmək hüququ verməyi planlaşdırır. Bu hər hissədə iki dəfə olacaq. Yeni qaydalara əsasən, oyun dayandığı zaman məşqçi hakimin qərarına etiraz edə biləcək: “Bu zaman hakim və məşqçi meydanın kənarında quraşdırılacaq monitor vasitəsi ilə mübahisəli epizodlara baxa biləcək və hakim istəsə, qərarını dəyişəcək. Təbii ki, bu zaman hakim və məşqçiləri matçı yayımlayacaq telekanalın da köməyi dəyməlidi”.
Artıq hakimlərin qərarı dəyişilməz statusunu itirəcək.
