Siyahıda 15 futbolçu qərarlaşıb
FİFA dünyanın ən yaxşı yarımmüdafiəçilərinin siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu barədə qrumun rəsmi saytı məlumata yayıb.
Belə ki, FİFA Beynəlxalq Peşəkar Futbolçular Federasiyası Assosiasiyası ilə birgə 2012-ci il üçün dünyanın ən güclü yarımmdafiəçisi adına namizəd olan 15 futbolçunun siyahısını tərtib edib.
Bunlar Xabi Alonso, Məsut Özil, Luka Modriç (hamısı – «Real», İspaniya, Almaniya, Xorvatiya), Xavi, Andres İnyesta, Sesk Fabreqas, Serdji Buskets (hamısı – «Barselona», İspaniya), Eden Azar, Frenk Lempard (hər iksii – «Çelsi», Belçika və İngiltərə), Stiven Cerrard («Liverpul», İngiltərə), Frank Riberi, Bastian Şvaynştayqer (hər ikisi- «Bavariya», Fransa və Almaniya), Andrea Pirlo («Yuventus», İtaliya), David Silva, Yaya Turedir («Mançester Siti», İspaniya və Kot-d′İvuar).
Qeyd edək ki, qalibin adı gələn yanvarın 7-də “Qızıl top”un təqdimetmə mərasimi zamanı açıqlanacaq.
