FIFA dünya çempionatını təxirə saldı
12.05.2020 , 18:17

FIFA futzal üzrə dünya çempionatını təxirə salıb.
Korner.az xəbər verir ki, mundial nəzərdə tutulduğu kimi Litvada olacaq. Bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il 12 sentyabr – 3 oktyabrda baş tutacaq.
FIFA qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar – 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını açıqlayıb.
U-17 qızlar arasında Hindistandakı mundial isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq. Hər iki yarışda yaş limiti dəyişdirilməyəcək.
