FİFA-dan Xorvatiya və İsveçə cəza
14.07.2018 , 13:37

FİFA İsveç və Xorvatiya Futbol Federasiyalarını cəzalandırıb. Hər iki federasiyaya 50 min İsveçrə frankı cərimə kəsib.
Adıçəkilən ölkələrin yığmaları Rusiyada keçirilən dünya çempionatında FİFA-nın marketinq qaydalarını pozduğuna görə bu cəriməyə məruz qalıblar.
Qeyd edək ki, hər iki ölkənin futbol qurumu mundial ərzində eyni səbəbdən ikinci dəfə cəzalanırlar.
