FİFA-dan Türkiyə klubuna sərt cəza
26.12.2018 , 17:17

FİFA Türkiyənin “Qaziantepspor” klubunu cəzalandırıb
Hazırda TFF 2-ci liqada mübarizə aparan klubun sabiq qapıçısı Jidrunas Karçemarskasa olan borcunu vaxtında ödəməməsi bu cəzaya səbəb olub.
FİFA “Qaziantepspor”un hesabından 6 xalın silinməsi və kluba transfer qadağası qoyulması barədə qərar qəbul edib. Bu barədə məlumatı klubun prezidenti Hasan Şahin də yerli mətbuata açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Litva yığmasının sabiq üzvü 2010-2016-cı illərdə “Qaziantepspor”da çıxış edib.
