FİFA-dan transfer qadağası
10.10.2023 , 23:25

FİFA “Samsunspor”a transfer qadağası qoyub.
Korner.az xəbər verir ki, buna səbəb komandanın sabiq oyunçusu Arvidas Novikovasın maaşını vaxtında ödənilməməsi olub.
“Samsunspor” 2023-24 qış və 2024-25-ci illərin yay transfer dönəmində heytinə yeni futbolçu qata bilməyəcək.
