Tovuz şəhər stadionunun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən quraşdırılmış süni örtüyünə yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi.
Korner.az-ın məlumatına görə, beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.
FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il noyabrın 5-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.
Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdır.
