FİFA Zürihdəki son iclasında Şimali Kipr Türk Cumhuriyyəti üçün tarixi bir qərar qəbul edib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ŞKTC ilə Kipr arasında razılıq əldə olunub.
Bu razılığın əldə olunmasında FİFA prezidenti Blatter və UEFA prezidenti Platininin də böyük rolu olub.
Anlaşmaya əsasən ŞKTC-nin komandaları da artıq FİFA və UEFA-nın bayrağı altında keçiriləcək yarışlarda iştirak edəcək. Lakin ŞKTC-nin Futbol Federasiyası Kipr Futbol Federasiyasının tabeliyində olacaq.
