FİFA-nın prezidenti Canni İnfantino “Qarabağ”ı ölkə çempionu olması münasibəti ilə təbrik edib.
Korner.az-ın məlumatına görə, bununla bağlı o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirib.
İnfantino dünya futbol ictimaiyyəti adından “Qarabağ” klubunu Topaz Premyer Liqanın 2016/2017-ci il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.