Andrea Pirlo (“Nyu-York Siti”), Stiven Cerrard (“Los-Anceles Qalaksi”) və Xavi Hernandes (“Əl-Sadd”) Küveytin ulduzlarına qarşı yoldaşlıq matçında iştirak edə bilməyəcək. FIFA bununla bağlı xəbərdarlıq edib.
Korner.az-ın məlumatına görə, bu məlumatı “Associated Press” agentliyi verib
Buna səbəb FIFA-nın oktyabr ayında Küveyt Futbol Federasiyasının fəaliyyətini dondurmasıdı. Küveyt hakimiyyətinin federasiyanın fəaliyyətinə müdaxilə etməsinə görə bu cür addım atılıb.