Türkiyə millisinin baş məşqçisi Mirça Luşesku FİFA-nın İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılıb.
Rumıniyalı mütəxəssisin DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə matçın baş hakiminə fasilədə telefon vasitəsilə göstərmiş olduğu epizodlara və qarşılaşmadan sonra hakim haqqında etdiyi açıqlamalara görə bu cəza verilib.
“Ay-ulduzlular” DÇ-2018-in seçmə mərhələsində İslandiya yığması ilə keçiriləcək matça Luçeskosuz çıxacaq.
