FİFA qolların avtomatik müəyyənləşdirilmə sisteminin (goal-line technology – GLT) tətbiqini bəyənib.
Korner.az-ın məlumatına görə, müvafiq qərar qurumun İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahındakı toplantıda qəbul olunub.
Bu sistem 2012-ci ilin dekabrında klublararası dünya çempionatında, 2013-cü il Konfederasiyalar Kubokunda və 2014-cü il dünya çempionatında tətbiq ediləcək. FİFA-nın qərarı o anlama gəlir ki, GLT-dən dünyada istənilən futbol yarışının təşkilatçıları yararlana biləcəklər. Hazırda “GoalRef” və “Hawk-Eye” sistemlərinin testləşdirilmə prosesi gedir.
FİFA, həmçinin futbol matçlarında 5 hakimdən istifadəni təsdiqləyib. Eyni zamanda qadın futbolçuların hicabla oynamalarına qoyulan qadağa da götürülüb.
Qeyd edək ki, GLT topun qapıdan keçməsini dəqiq müəyyənləşdirmək və hakim səhvlərinin qarşısını almaq məqsədilə işlənilib.
lent.az
