Beynəlxalq futbol qurumu FİFA Kamerun Futbol Federasiyasını (KFF) cəzalandırıb.
Korner.az-ın məlumatına görə, KFF-nin FİFA-ya üzvlüyü dondurulub.
Buna səbəb kimi isə Kamerun hökumətinin ölkə futboluna müdaxilə etməsi göstərilib. FİFA-dan verilən açıqlamada bildirilib ki, KFF-nin yeni nizamnaməsinin hazırlanması və 2014-cü il martın 31-də yeni federasiyanın təşkil edilməsi üçün Normallaşdırma Komissiyası qurulacaq.
Qərar Afrika Futbol Federasiyası ilə birgə qəbul edilib.
