"Barselona" şok cəzaya məruz qalıb.
Korner.az-ın məlumatına görə, komanda FİFA tərəfindən iki transfer dönəmini əhatə edəcək müddətə cəzalanıb.
Belə ki, komanda həmin müddətdə transfer edə bilməyəcək.
Buna səbəb komandanın 2009 və 2013-cü illərdə transfer edib oynatdığı bəzi 18 yaşına çatmamış futbolçuların transferində FİFA qaydalarının və tələblərinin pozulması olub. Bununla bağlı məsələni araşdırmaq üçün ali futbol qurumu kluba 90 gün vaxt versə, də klub bu işə ciddi yanaşmayıb. Bundan əlavə "Barsa" 450 min İsveçrə frankı məbləğində də cərimələnib. Qanun pzountularının hasnı futbolçuların transferində olduğu isə FİFA tərəfindən açqılanmayıb.