FIFA-dan AFFA-ya 500 min dollarlıq yardım
25.04.2020 , 17:15

FIFA koronavirus pandemiyasının təsiri ilə əlaqədar milli federasiyalara maliyyə ayıracaq.
Korner.az xəbər verir ki, futbol qurumu 150 milyon dolların 211 milli federasiyası arasında bölüşdürüləcəyini açıqlayıb.
Hər federasiyanın hesabına 500 min dollar köçürüləcəyi qeyd edilib.
Qeyd edək ki, FIFA üzv assosiasiyalara yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə futbolu qorumaq üçün bu addımın atıldığı bildirilib.
