FİFA-nın futbolçu statusu və baxış rəhbəri Ömər Onqara UEFA-nın “Fənərbağça”ya verdiyi 2 illik Avropa kuboklarından uzaqlaşdırma cəzası ilə bağlı maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, FİFA-nın İsveçrənin Surix şəhərindəki mərkəzində türkiyəli jurnalistlərin suallarını cavablandıran Onqara Türkiyə məhkəməsi “Fənərbağça”nın günahsız olduğu bəlli olarsa, klubun cəzasının ləğvi haqqında qərarı yalnız UEFA-nın verəcəyini bildirib:
“Fənərbağça”nın cəzasının ləğvi ilə bağlı qərarı yalnız UEFA verə bilər. Bu UEFA standartlarında qəbul olunmuş bir qərardır. FİFA bu cəza ilə bağlı heç bir qərar verə bilməz”.
