Dünya Futbolu

FIFA-dan 3 ulduz futbolçuya sərt qadağa

15.12.2015 , 21:58

FIFA 3 məşhur futbolçunun Küveytdə keçirilməsi nəzərdə tutulan yoxlama oyununda iştirakına qadağa qoyub.

Korner.az-ın məlumatına görə, dünyanın ali futbol qurumu Andrea Pirlo (“Nyu-York Siti”), Stiven Cerrard (“Los Anceles Qalaksi”) və Xavinin (“Əl-Sədd”) iştirak edəcəyi komandanın Küveytin ulduz futbolçularından ibarət komandaya qarşı keçirilməsi planlaşdırılan görüşün baş tutmaması üçün adıçıkilən oyunçulara xəbərdarlıq edib.

Buna səbəb FIFA-nın bu ilin oktyabrında hökumətin müdaxilələri səbəbi ilə Küveyt Futbol Federasiyasının bu quruma üzvlüyünü dondurmasıdır. Qərara əsasən, bu ölkənin heç bir klubu FIFA və Afrika Futbol Federasiyasının bayrağı altında keçirilən oyunlarda iştirak edə bilməz. Həmçinin bu ölkədə yoldaşlıq oyunlarının keçirilməsi də dünyanın ali futbol qurumu  tərəfindən yasaqlanıb.

Son yazılar

Yuxarı