Argentina və dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini irəli sürüb.
Korner.az-ın məlumatına görə, bu barədə jurnalist Viktor Morales xəbər yayıb.
O bildirib ki, D.Maradonaya Ərəb ölkələri istisna olmaqla, digər ölkələr dəstək olmağa hazırdırlar:
“Maradona FİFA-da dəyişikliklər istəyir. Buna görə də prezidentlik vəzifəsinə namizəd olmağa qərar verdi”
