FIFA-da növbəti rüşvət araşdırlması başlanıb.
Korner.az-ın məlumatına əsasən, qurumun Etika Komitəsinin sədri Maykl Qarsia İcraiyyə Komitəsi üzvlərinin rüşvət alıb-almaması ətrafında araşdırma başladıb.
Anhel Vilyar Liona (İspaniya), Mişel D`Uqi ( Belçika) və Voravi Makudi (Tayland) FIFA kodeksinin pozulması şübhəsi ilə daha çox araşdırlır. İcraiyyə Komitəsinin keçmiş üzvü Franz Bekkenbauerin 2018 və 2022-ci il Mundialının ev sahibliyi məsələsinin müəyyənləşdirilməsində iştirakı üzərində də təhqiqat aparılır.
Qeyd edək ki, ABŞ-da FTB də qarşıdakı Mundialların ev sahibliyinin müəyyən edilməsində rüşvət ehtimalı ilə əlaqədar müstəqil araşdırmalar aparır. Buna səbəb isə FIFA-ya bu barədə təqdim olunan hesabatın tam publikaya elan edilməməsi idi.
