FİFA dərəcəli sabiq hakim Vladimir Hrinak 47 yaşında dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, slovakiyalının necə vəfat etdiyi dəqiq bilinməsə də, ailəsinə artıq baş sağlığı verilib.
1993-cü ildən bu yana oyunlara FİFA dərəcəli hakim kimi təyinat alan Hrinak son dəfə fitini 2009-cu ildə işə salmışdı.
