FİFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” ilə bağlı araşdırmaya başlayıb. London klubu son 8 il ərzində 3-cü dəfə 18 yaşa qədər futbolçuların transfer qaydasının pozulmasında şübhəli bilinir.
“Çelsi” haqda ilk araşdırma 2009-cu ildə “Lans”dan Qaelya Kakutanın keçidi ilə bağlı olub. Həmin vaxt kluba iki transfer pəncərəsində futbolçu almağı qadağan edilmişdi. Ancaq sonra “Çelsi” İdman Arbitraj Məhkəməsində apellyasiyanı udmuşdu.
Ötən il isə klub barədə Bertan Traoreni FİFA-nın icazəsi olmadan oynatdıqları üçün araşdırma aparılmışdı. Hazırkı araşdırmanın hansı futbolçu səbəbindən aparıldığı hələ məlum deyil.
