Xəbər verdiyimiz kimi, Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Elazığspor”da icarə əsasında çıxış edən Cavid İmamverdiyevin klubu icazəsiz tərk etməsi ona baha başa gələ bilər.
Korner.az-ın məlumatına əsasən, klubun prezidenti Səlçuk Öztürk öz açıqlamasında İmamverdiyevin FİFA-ya şikayət edildiyi və ona pul cəzası ilə 1 illik transfer qadağası qoyulmasını istədiklərini vurğulayıb.
Qeyd edək ki, Cavid müqavilə ilə “Neftçi”yə məxsusdur.
