Çempionlar Liqasında qolları sıralayan və göstərdiyi gözəl oyunla diqqət mərkəzində olan "Qalatasaray"ın forvardı Burak Yılmaz Messi və Robin van Persidən daha üstün tutulub.
Korner.az-ın məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında "Lionel Messi və Robin van Persidə ona çata bilmədi"-deyə qeyd edilib.
Xatırladaq ki, Burak Yılmaz 7 oyunda 6 qol vurub və bu göstəricidə sadəcə Ronaldodan geri qalır.