FİFA futbol üzrə yığma komandaların baş məşqçilərinə və kapitanlarına qadağa qoyub.
Korner.az-ın məlumatına görə, bu qadağaya görə, onlar 2013-cü ilin ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün aparılacaq sorğuda kimlərə səs verdiklərini yekun nəticə açıqlanana qədər ictimaiyyətə bildirməməlidilər.
Qeyd edək ki, dünyada ilin ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün aparılacaq sorğuda Azərbaycan da iştirak edəcək. Belə ki, yığma komandamızın baş məşqçisi Berti Foqts və millinin kapitanı Rəşad Sadıqov da öz namizədlərini FİFA-ya təqdim edəcək. Bu üzdən dünya futbol qurumunun bu qadağası onlara da aiddi.