FİFA “Barselona”ya qoyduğu transfer qadağasını qüvvədə saxlayıb.
Korner.az-ın məlumatına görə, katalon klubunun etdiyi etiraz nəticəsində qərara yenidən baxan FİFA 2016-cı ilin yanvarına qədər katalon təmsilçisinə heyətinə futbolçu qatmağı rəsmən qadağa qoyub. Beləliklə, ardıcıl ikinci dəfə FİFA-ya müraciət edən Luis Enrikenin komandası çətin duruma düşüb.
Xatırladaq ki, “Barselona”nın transfer işində etdiyi müəyyən qayda pozuntuları onları futbolçu transferindən məhrum edib.