Türkiyəli hakim Cüneyt Çakır daha bir möhtəşəm yarışa təyinat alıb. Korner.az-ın məlumatına görə, qardaş ölkənin ən uğurlu hakimi FİFA tərəfindən Yaponiyada təşkil olunacaq klublararası dünya çempionatının oyunlarını idarə edəcək.
Yarış dekabrın 6-da başlayacaq və Çakırın köməkçiləri Bahattin Duran və Tarık Ongün olacaq.
Qeyd edək ki, Avropa qitəsini yalnız Türkiyəli hakimlər briqadası təmsil edəcək.
