FİFA Almaniya Futbol İttifaqını cərimələyib.
Buna DÇ-2018-in seçmə mərhələsində Çexiyaya qarşı matçda ölkənin milli komandasının azarkeşlərinin nasist şüarlar səsləndirməsi olub. Bundan başqa, qonaq azarkeşlər pirotexniki məhsullardan istifadə edib və meydana kənar əşyalar atıblar.
Baş verənlərə görə, Almaniya Futbol İttifaqı 32 min İsveçrə frankı ödəməli olacaq.
Qeyd edək ki, Almaniya və Çexiya millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri sırasındadır.
