FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib.
Yığmamız 275 xalla 119-cu pillədə qərarlaşıb. Ötən ay komandamızın Antalyada Moldova ilə qolsuz bərabərə qalması xal ehtiyatımızın 281-dən 275-ə qədər enməsi ilə nəticələnib.
Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1484), Portuqaliya üçüncüdür (1358).
