FİFA açıqladı: millimiz hansı mövqedədi?
18.02.2021 , 13:08

FİFA milli komandaların 2021-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Korner.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi sonuncu reytinqli müqayisədə 1 pillə irəliləyib.Komanda 1180 xalla 108-ci sırada qərarlaşıb.
Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 5-ci (1662), Serbiya 30-cu (1492), İrlandiya 42-ci (1456),Lüksemburq isə 98-ci pillədə (1235) qalıb.
Qeyd edək ki, siyahıya Belçika (1780) başçılıq edir. Fransa (1755) 2-ci, Braziliya (1743) 3-cüdür.
