FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Prosineçkinin rəhəbrlik etidi milli komandamız açıqlanan yeni siyahıda bir pillə geriləyib. Belə ki, ötən ay heç bir matça çıxmayan əsas millimiz hesabında 264 xalla 116-cı pilləyə enib.
Bu geriləməklə milli komandamız Livan, Sudan, Namibiya kimi futbolu azəif olan ölkələrdən geri qalır.
AVRO-2016-dakı rəqiblərimizin mövqeyində də hər hansı bir dəyişiklik olmayıb. Malta bizdən sonra, digərləri isə bizdən öndə qərarlaşıb.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
13 (13). İtaliya – 1085
17 (17). Xorvatiya – 977
67 (67). Bolqarıstan – 505
70 (70). Norveç – 491
149 (149). Malta – 158
