Dünya Futbolu

FİFA açıqladı: ilin ən yaxşı qolu hansı olacaq?

19.08.2019 , 19:13

FİFA ilin ən yaxşı qoluna verilən “Ferents Puşkaş” mükafatına namizədləri açıqlayıb.

Siyahıda 10 futbolçunun adı yer alıb. Bunlar Daniel Jori (“Debretsen”), Lionel Messi (“Barselona”), Zlatan İbrahimoviç (“Los-Anceles Qelaksi”), Endros Taunsend (“Kristal Pelas”), Fabio Kvalyarella (“Sampdoriya”), Xuan Kintero (“River Pleyt”), Mateus Kunyadı (“Leyptsiq”), eyni zamanda üç qadın futbolçu – Adjara Nçut (Kamerun millisi), Emi Rodriges (“Yuta Royals”) və Billi Simpsondır (“Kliftonvill Ledis”).

FİFA-nın saytı  3 finalçının müəyyənləşməsi üçün saytında azarkeşlər arasında səsvermə başladıb. Səsvermə sentyabrın 1-i başa çatacaq. Bundan sonra qalibi FİFA-nın əfsanələri seçəcək

Son yazılar

Yuxarı