FIFA 4 klubu cəzalandırıb
17.08.2018 , 20:58

FIFA İntizam Komitəsi 4 klubu cəzalandırıb
Bunun səbəbi klubların futbolçuların maaşlarını ödəməməsi olub. Belə ki, Qətərin “Qətər” və Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klublarına 26,5 min avro, Qətərin digər təmsilçisi “Əl-Şamal” 13,2 min, İranın “Saba Kom” klubu isə 8,8 min avro məbləğində cərimələnib.
Bütün klublar 90 günədək oyunçulara olan borcları ödəməlidirlər. Klublar bu öhdəliyi yerinə yetirməsələr daxili çempionatda 6 xalları silinəcək və onlara 4 transfer pəncərəsində cəza tətbiq olunacaq.
