FİFA 2026 dünya çempionatı üçün yeni bilet kateqoriyası təqdim etdi
17.12.2025 , 10:00
FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının biletlərinin yüksək qiymətləri ilə bağlı yaranan narazılıqlara münasibət bildirib.
Korner.az xəbər verir ki, qurum turnirin hər qarşılaşması üçün 45 funt sterlinq dəyərində yeni bilet kateqoriyasının satışa çıxarıldığını açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Futbol Azarkeşləri Assosiasiyası FİFA-nın qiymət siyasətini tənqid edərək, məsələ ilə bağlı danışıqlar aparılana qədər bilet satışının dayandırılmasını tələb etmişdi. Xüsusilə final matçı üçün “büdcə kateqoriyası” üzrə biletlərin 4185 ABŞ dollarından başlaması ciddi müzakirələrə səbəb olmuşdu.
Məlumata görə, yeni bilet kateqoriyası dünya çempionatı çərçivəsində keçiriləcək 104 oyunun hər biri üzrə ümumi yerlərin 10 faizini əhatə edəcək. Bundan əlavə, hər ölkəyə öz yığmasının oyunları üçün stadion tutumunun 8 faizi həcmində bilet kvotası ayrılacaq.