FİFA və Beynəlxalq Professional Futbolçular Birliyi (FIFPro)2014-cü ilin rəmzi komandası üçün 15 ən yaxşı yarımmüdafiəçinin adını açıqlayıb.
Korner.Az Qol.Az-a istinadən xəbər verir ki, siyahıda ən çox “Real” və “Yuventus”un futbolçuları (3) yer alıb.
15 yarımmüdafiəçidən 3-ü rəmzi komandada olacaq. Ən yaxşılar isə 60 minə yaxın peşkar futbolçunun səsi ilə müəyyənləşəcək.
Siyahıya daxil olan yarımmüdafiəçilər aşağıda adları qeyd olunanlardır:
Xabi Alonso (İspaniya, “Bavariya”), Anxel di Mariya (Argentina, “Mançester Yunayted”), Sesk Fabreqas ( İspaniya, “Çelsi”), Eden Hazard (Belçika, “Çelsi”), Xavi Hernandes (İspaniya, “Barselona”), Andres İnyesta (İspaniya, “Barselona”), Toni Kroos (Almaniya, “Real”), Luka Modriç (Xorvatiya, “Real”), Məsut Özil (Almaniya, “Arsenal”), Andrea Pirlo (İtaliya, “Yuventus”), Pol Poqba (Fransa, “Yuventus”), Xames Rodriqes (Kolumbiya, “Real”), Bastian Şvaynştayger (Almaniya, “Bavariya”), Yaya Ture (Fil Dişi Sahili, “Mançester Siti”), Arturo Vidal (Çili, “Yuventus”)
